Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki.[1] 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing. International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir.[2] Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi.[3][4] Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat. priscus-qədim) ifadəsini təklif etdi.[5] Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search